Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yardımlıda meşəbəyinin meyiti dərədə tapıldı

Yardımlı rayonunda dərədə kişi meyiti tapılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.

Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarında polis şöbəsinə məlumat veriblər.

Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub. Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

261
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100