!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaş salfet paketinin içində pul qaçırmaq istədi - Bakı aeroportunda saxlanıldı

!Reklam – Yazi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Yenicag.az xəbər verir ki, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikası vətəndaşının çemodanı rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və sorğu-sual olunub. O, üzərində və çemodanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, sərnişinin pulqabında 1700 ABŞ dolları, çemodandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17700 ABŞ dolları aşkar edilib.

www.yenicag.az

1753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv