Yasamalda əməliyyat - Saxlanılanlar var - VİDEO

media-hightechnic-468x90

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.

DİN-dən Yenicag.az-a bildirilib ki, sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600