Yasamalda “Mercedes” kül oldu

Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata əsasən, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.