Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yaşar Seyidov: "Güloğlan Cabbarova səs verin ki…"

Reklam: Sinerji Pro

“Cabbarov mübariz ruhlu, prinsipial, düzgünlüyü əsas tutan bir namizəddir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında İskəndər Cavadov adına BFA-nın vitse-prezidenti Yaşar Seyidov deyib.

O, 19 saylı Nərimanov birinci seçki darəsindən deputatlığa müstəqil namizəd olan Güloğlan Cabbarovu dəstəkləyəcəklərini bildirib. Həmin dairədə yaşayan Seyidov bütün seçiciləri Cabbarova səs verməyə çağırıb:

“Arzu və istəklərimizin reallaşmasını istəyiriksə, fevralın 9-da seçki dairəsinə gedərək kikboksinq üzrə 3 dəfə Azərbaycan, 3 dəfə dünya çempionu, 1 dəfə uşu-sanda üzrə Azərbaycan və dünya çempionu olmuş, müxtəlif beynəlxalq turnirlərin qalibi adını qazanmış Güloğlan Cabbarova səs verməliyik.

Bu dairədə yaşayan seçicilərə müraciət edib deyirəm ki, o, xalqın namizədidir. Ona səs verin ki, səsiniz eşidilsin. Biz inanırıq ki, Cabbarov seçicilərini onları layiq olduğu səviyyədə təmsil edəcək.

O, gücünün çatdığı qədər bizlərə, millətimizə, dövlətimizə xidmət göstərəcək. Güloğlan müəllim cənab prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatları, həm həcminə, həm də siyasi məzmununa və nəticələrinə görə dəyərləndirəcək, islahatların həyata keçməsində öz tövhəsini verəcək.

Ümidvarıq ki, idman sferasının Milli Məclisdə layiqli təmsilçilərindən biri də Güloğlan Cabbarov olacaq. Ona görə də dairəmizdə yaşayan bütün dostları, idmançıları, vətənimizi sevən bütün seçiciləri fevralın 9-da məntəqəyə gələrək, Güloğlan müəllimə səs verməyə dəvət edirik.

Nəhayət ki, onun seçilməsiylə parlamentdə idmançılarımızın problemlərini səsləndirən bir nəfər olacaq. Eyni zamanda, düşünürəm ki, Güloğlan müəllim idmanın inkişafına xidmət göstərəcək yeni qanun layihələrinin işlənib hazırlanması prosesində yaxından iştirak edəcək”.

Loading...

www.yenicag.az

619
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100