“YAŞAT” Fonduna indiyədək nə qədər vəsait köçürülüb?

“YAŞAT” Fondu yarandığı gündən 4 istiqamət üzrə fəaliyyətini davam etdirir. Bu fəaliyyətlər çərçivəsində daha 12 qazi bu gün Türkiyəyə yola salınıb”.

Yenicag.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu günə qədər Fond tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazilərin sayı 63 nəfər təşkil edir: “Onlardan 7-si artıq sağalaraq Vətənə dönüb, 56 ağır yaralı qazimizin Türkiyədəki müalicəsi davam edir”.

E. Hüseynovun sözlərinə görə, qazilər o halda ölkə xaricinə aparılır ki, səhiyyə müəssisələri həmin qazinin müalicəsinin ölkə daxilində mümkün olmadığı təsdiqləyir.

Fond rəhbəri onu da deyib ki, bu günə qədər “YAŞAT” Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb, bu vəsaitin 18 milyonu xərclənib.