ABŞ və Kanada arasında TİCARƏT MÜHARİBƏSİ: Tramp tənqid edir, Kanada vergini ləğv edir
ABŞ və Kanada arasında ticarət gərginliyi artıb
Yenicag.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump, “Truth Social” hesabında etdiyi paylaşımda Kanada ilə ticarət danışıqlarını dayandırdığını açıqlayıb. Trump, Kanadanın ABŞ fermerlərinə illərdir 400 faizədək vergi tətbiq etdiyini və bu səbəbdən ticarət əlaqələrinin “çox çətin” hala gəldiyini bildirib.
ABŞ lideri həmçinin, Kanada’nın Amerika texnologiya şirkətlərinə rəqəmsal xidmətlər vergisi tətbiq etməyə hazırlaşdığını vurğulayıb və bu addımı “ölkəyə birbaşa və açıq hücum” olaraq qiymətləndirib.
Gərginlik fonunda, Kanada Xəzinədarlıq Departamenti geri addım ataraq, rəqəmsal xidmətlər vergisini ləğv etdiyini açıqlayıb. Rəsmi Ottava, bu qərarın ABŞ-la ticarət əlaqələrini yaxşılaşdırmaq məqsədilə verildiyini bildirib.
Kanada Maliyyə Nazirliyi isə Baş nazir Mark Karni və Prezident Donald Trump arasında iyulun 21-dək razılaşmaya gəlmək üçün danışıqların davam edəcəyini desə də, Trump bu məsələ ilə bağlı hələlik əlavə açıqlama verməyib.
Göycə Göycəyev