Yaşayış binasında yanğın – Əhali təxliyə edilir – VİDEO

Türkiyənin İstanbul şəhərində beşmərtəbəli yaşayış binası yanır.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Sakinlər təxliyə edilir. Verilən məlumata əsasən, xəsarət alanlar yoxdur.

Yanğının başvermə səbəbi barədə məlumat verilmir.