Lavrov: "Türkiyənin Rusiya qarşısında "S-400" öhdəliyi var"
“Türkiyənin Rusiya qarşısında “S-400″ öhdəliyi var”.
Yenicag.az TASS-a istinaədn xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Türkiyə Respublikası bu sistemlərə Qərbin, o cümlədən ABŞ-nin narazılığına baxmayaraq, sahibdir. ABŞ isə Ankaranın “F-35” qırıcılarını almaq marağını bildiyi üçün həmin təyyarələrin tədarükünü Türkiyənin “S-400” hava müdafiə sistemlərindən imtina etməsi şərti ilə bağlamışdı. Bu məsələ uzun müddətdir ki, informasiya məkanında dolaşırdı. Dünən isə birdən-birə bəyan edildi ki, Avropa İttifaqı Türkiyədən S-400 almağa qərar verib, yaxud artıq Türkiyəyə bu sistemləri alıb Ukraynaya göndərməyi təklif edib. Heç kim düşünmür ki, Türkiyənin alıcı kimi belə addımları Rusiya Federasiyası ilə razılaşdırmadan atmaq öhdəliyi var”, – deyə nazir bildirib.
Qeyd edək ki, Rusiya və Türkiyə liderlərinin Aşqabadda görüşü planlaşdırılır.












