Yaşayış evində qumbara partlayıb

media-hightechnic-468x90

kkSumqayıtda yaşayış evində qumbara partlayıb.

Sumqayıt Şəhər Polis İdarəsindən  verilən məlumata görə, hadisə ötən gecə saat 02.30 radələrində Sumqayıt şəhəri 51-ci məhəllədə Əmiraslan Haşumova məxsus evdə baş verib.

Ə. Haşumov mənzildə qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib.

Nəticədə Ə. Haşumov və onun atası Mirdamət Haşumov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə gələn polis əməkdaşları evə baxış zamanı 7 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600