!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yataq otağına soxulan kimin burnudur? - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 18-ci buraxılışı ilə görüşünüzə gəlib.

Milli Şuranın sədri Cəmil Həsənlinin qızının ətrafında cərəyan edən hadisələrin pərdəarxası, toylara olan qadağaların kimlərə aid olub-olmaması, təhsilimizin indi də ictima rəyin bəhanə edilərək məhvi, Əhməd Əhmədzadənin işdən çıxarılması və İlqar Məmmədovun “uşaq pulu” açıqlamasına dair həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Buraxılışın mətni:


Nə zaman adam olacağıq? İnsanlara məhz insan olduqları üçün dəyər verdiyimiz zaman.

*
Hədəfi düzgün oxumaq…

Müxalif insanın özəl həyatına kim tərəfindən olursa olsun müdaxilə varsa və sən iqtidaryönlü, nə bilim iqtidaryanlı olaraq bu müdaxiləni pisləmək yerinə burnunu yataq otağında dolaşdırıb, oğrunu deyil, ev sahibini suçlu çıxartmaq istəyirsənsə, incimə, səndən adam olmayıb, olmayacaq da. Eyni ilə dövlət başçısının ailəsinə və ya hər hansısa məmura kimsə qurşaqaltı vurmaq istəyir və sən də buna qəhqəhə çəkib gülürsənsə, müxalif olmusan, adam ola bilməmisən deməkdir.

Unutmayaq ki, qazandığı zəfəri sadəcə, məğlub tərəf deyil, elə kənardan izləyən qonşuların da qısqanclıqla qarşıladığı, psixoloji savaşda olan bir ölkəyik. Məqsəd kiminsə qızının yataq otağına burun soxmaqdan daha çox Azərbaycanı qarışdırmaq, bel sütunu olan və uzun illərdən sonra yeni-yeni etibarına qovuşan qurumu və dövlətin zirvəsini hədəf taxtasına oturtmaqdır. Onun üçün kökü xaricdə olan kalonların bu oyunlarına əsla gəlməməliyik.

*
İqtisadiyyatımızın çökən dirəyi: TOY

Toy Azərbaycan iqtisadiyyatının bel sütunudur. Kim nə deyir, desin, bu gün kəndindən şəhərinə iqtisadi çöküşün iki səbəbindən biri toydur. Artıq 13 aydır ki, toy rəsmən qadağan olunub. Reallıq isə ondan xəbər verir ki, gücü, arxası olan şadlıq sarayları istədiyi kimi toy edirlər. Bir az gəlin-bəy kamuflyaj olsalar da, o şadlıq saraylarında toylar öz tempində gedir. Bunu da hər kəs bilir və nəyinsə qarşılığında göz yumur. Bax, dananın quyruğu da orda qopur… Sosial ədalətsizlik də buradan yaranır. Halbuki, hər şeyə standart gətirən Operativ Qərargah toylarla bağlı azacıq avropalı deyil, azərbaycanlı kimi düşünsə, buna da çarə tapar və sadəcə məhdud çevrənin deyil, iqtisadiyyatımızın üzü gülər.
*
Məktəbləri bağladan “ictimai rəy”

Təhsil bir millətin gələcəyidirsə, bu məsələdə rəy öyrəniləcəksə, aydın insanların mövqeyi öyrənilməlidir, daha “ictimai rəyi öyrənirəm” oyunu oynanılmamalıdır. Və həmin posta şərh yazan əksər ziyalılar məktəblərin bağlanmasının zərərli olduğunu yazarkən, barı öz bildiyinizi ictimai rəyin qərarı kimi cəmiyyətə sırımayın.

Virus olub, olacaq, adları fərqli olsa da. Virusa görə, məktəb bağlamaqdansa, virusla yaşamağı öyrənməli və uşaqlarımıza öyrətməliyik, cənab nazir. Onsuz da hər il təhsilin təmir-tikintisinə milyonlar ayrılır. Bir il “otkat” edilməsinə icazə verməyin, ya da onsuz olmursa, büdcədən bir az artıq pul tələb edin, təhsil infrastrukturunu mövcud vəziyyətə adaptasiya edin. Təəssüf ki, burada valideynlərin də günahı az deyil. Biz əvvəllər uşağın dərsdən qalması üçün rüşvət verirdik, indi də koronanı bəhanə edib, məktəbləri qıfılladırıq.

Ayrıca, cənab nazir sorğuya 50612 rəyin yazıldığını iddia edib. Halbuki posta cəmi 7200 rəy yazılıb. 43412 rəy hardadır?

*
Kredit belə ödənir…

Həftəmiz maraqlı yekunlaşdı. 1993-cü ildən Dəli Domrul kimi suyumuzun önünü kəsən, hər dəfə çıxarılacağı gözlənilsə də, bir az da əli-qolu uzanan Əhməd Əhmədzadə artıq yoxdur. Artıq villalarının siyahısı paylaşılır ənənəyə uyğun olaraq. Əhmədzadənin gedişi ilə eyni saatlarda Rafael Cəbrayılovun həbs xəbəri gəldi. Və beləliklə də, girov qoyduğu mandatdan sonra özü də girova çevrildi.

Tam bu ərəfədə İlqar Məmmədov aldığı 234 minin kreditlərindən birini ödəyərək, uşaq pulu məsələsində hökumətin ölənlərinə rəhmət oxutdu. Sözün düzü, məni o açıqlamada uşaq pulu ilə bağlı uşaqları kastalara bölməsindən daha çox bəyanatın sonuna əlavə etdiyi “bunu Respublikaçı Alternativ edəcək” sözü oldu. Məşhur lətifədə olduğu kimi, nəylə Alış, nəylə?..

www.yenicag.az

972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv