Yaxın Şərqdə iplər gərilir: Tehranda İsrail əleyhinə AKSİYA – Bu şüar diqqət çəkdi

media-hightechnic-468x90

İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna İsrailin hava hücumundan sonra Tehranda İsrail əleyhinə aksiya keçirilib.

Yenicag.az xəbər verir ki, Tehranın Fələstin meydanına toplaşan yüzlərlə iranlı “ABŞ-a ölüm”, “İsrailə ölüm” şüarları səsləndirərək qisas almağa çağırıblar.

Hücumların arxasında ABŞ-ın olduğunu iddia edən nümayişçilər səfirliyə edilən hücuma bu hücumda olduğu kimi cavab verilməsini tələb ediblər.

Hücuma etiraz edən nümayişçilər tez-tez “Raketə qarşı raket” şüarları səsləndirərək, İsrailə raket atılmalı olduğunu bildiriblər. Fələstin və “Hizbullah” bayraqları daşıyan nümayişçilərin simvolik uşaq cəsədləri tutması diqqət çəkib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600