“İsrailin “Hizbullah”la müharibə niyyəti rəsmi olaraq bəyan edilib”.
Bunu Yenicag.az-a açıqlamasında Livanla İsrail arasında gərginləşən münasibətlərin mümkün təhlükəsindən danışan politoloq Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, böyük güclər Yaxın Şərqdə gündən-günə gərginləşən proseslərin qlobal münaqişəyə çevrilməsi ehtimalından narahatlıq keçirir.
“İsrailin “Hizbullah”la müharibə niyyəti rəsmi olaraq bəyan edilib. Ancaq bunun ABŞ-nin dəstəyi olmadan reallaşması mümkün deyil. Hazırda Vaşinqton və digər Qərb dairələri ehtimal edilən İsrail-Livan savaşının ağır maliyyə yükü olduğunu nəzərə alaraq, belə bir müharibədə maraqlı deyil. Həmçinin NATO da buna qarşıdır.
Bir sözlə, Yaxın Şərqdəki proseslərin miqyasının gələcəkdə necə dəyişəcəyi hələlik müəammalıdır”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az