!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yay fəslinin “incisi” olan ŞORTİK QADAĞASI: “Deyirik ki, Avropa belə-elə...” - AÇIQLAMA

!Reklam – Yazi

Artıq yay fəslinin gəlməyinə çox az qalıb. Buna görə də istər dəniz kənarı, istərsə də şəhər içi restoranlar “dress code” tətbiq etməyə başlayıb. Və qaydalar daha çox kişi cinslərinə aiddir. Belə ki, bəzi restoranlar şortik və ya barmaqarası başmaqları qadağan edib.

Bəs bunun səbəbi nədir? Cəmiyyətimizdə şortiklərə qarşı niyə bu qədər mənfi fikirlər var?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, insanların ağlında şortik yalnız dəniz geyimidir:

“Cəmiyyətimiz şortikin də gündəlik geyim olduğunu qavraya bilmir. Xüsusilə də yaşlı nəsil insanları şortik və ya başmaqda gəzən gənclərə çox aqressiv yanaşırlar. Hətta bəzən tənqidi belə keçib, təhqir edirlər. Düşünürəm ki, hər kəs gedəcəyi məkana uyğun geyinməlidir. Yay fəslində xanımlar şəhərdə elə geyinirlər ki, elə bil dənizdədir.

Deyirlər ki, əxlaq geyimlə ölçülmür. Amma bəzi yerlərdə geyim əxlaq göstəricisi ola bilər. İnsan özü düşünməlidir ki, mən hansı geyimi hara geyinməliyəm. Buna görə də bir çox məkanlarda qadağa qoyulur. Bəzi yerlər var ki, idman tərzində geyinən insanları içəri buraxmır. Şortik geyinmək ayıb və ya utanılacaq bir şey deyil. Lakin insanlar bunun mental tərəflərini düşünür. Yəni fikirləşirlər ki, kişi şortik geyinməz. Çünki ata-babalarında elə görüblər.

Nəzərə alsaq ki, Avropaya inteqrasiya etdiyimizi düşünürük. Heç də belə deyil. Məsələn elm, təhsil və ya texnologiya kimi məsələlərdə nümunə götürə bilmirik. Yalnız açıq-saçıq geyimləri və ya LGBT davranışlarını özümüzə uyğunlaşdırmağa çalışırıq”.

O həmçinin qeyd edib ki, qadağa tətbiq olunanda, insan daha da həvəslənir:

“Şortiki hamımız geyinirik. Amma qadağan ediləndə, daha da çox geyinmək istəyirik. Amma qadağan edilməsə, normal dildə təqdim edilsə, insanlara izah edilsə, belə hallar azala bilər. İnsanları təhqir etməklə nəyisə çatdıra bilmərik. Azərbaycan turistlərin gəldiyi yerdir. Onlar bu geyimləri normal qəbul edir. Şəhər mərkəzində də elə geyinirlər. İnsanların yavaş-yavaş gözü öyrəşir, normal gəlməyə başlayır. Ona görə də kimisə tənqid və ya sərt təhqir etmək gərəksizdir”.

Şahanə Paşa

 

 

 

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv