!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yayılan VİRTUAL SEKS VİDEOLARI: "Direktorlara intim münasibətə girmək olmaz?" - ŞOK AÇIQLAMA

!Reklam – Yazi

“Cəmiyyət şantaj yolu ilə videosu yayılan şəxsləri qınaq atəşinə tutmaqdansa, onların yanında olmalıdır”.

Bu fikirləri son zamanlarda ayrı-ayrı şəxslərə qarşı sosial şəbəkələr istifadə olunmaqla onların intim görüntülərini çəkib şantaj vasitəsinə çevirmə hallarının artmasına münasibət bildirən yazıçı-kulturoloq Aydın Xan Əbilov Yenicag.az-a açıqlamasında səsləndirib.

Kulturoloq əlaqədar qurumların belə videoları çəkib yayanlara, xüsusən də hipercinayətkar dəstələrə qarşı ciddi tədbirlər görməli olduğunu vurğulayıb:

“Qabaqcıl ölkələrdə cəmiyyət şəxslərin cinsi həyatı ilə bağlı müəyyən etnik və dini süzgəclər hazırlayıb. Nə qədər ictimai qınaq olsa da, bu tipli hadisələr zamanı cəmiyyət iki yerə bölünür. Bir hissəsi hadisə qurbanının tərəfində, digər hissəsi isə cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinin qorunması üçün əks cəbhədə dayanır. Azərbaycanda bu, ilk hadisə deyil. İstər real intim görüntüləri gizli şəkildə çəkib sosial mediada yaymaqla, istərsə də şantaj yolu ilə onlardan pul almaq istəyən fırıldaqçıların toruna düşərək yayılan videolarla bağlı çoxlu faktlar var. Əlaqədar qurumlar belə videoları çəkib yayanlara, xüsusən də hipercinayətkar dəstələrə qarşı ciddi tədbirlər görməlidir. Onlar cəmiyyətdən təcrid edilməli və ayrıca həbsxana tikilərək orada yerləşdirilməlidirlər. Belə şəxslər, həmçinin bir çox imtiyazlardan da məhrum edilməlidirlər. Çünki biz get-gedə istər siyasi və iş aləmində, istərsə də gündəlik həyatda məişət zəmnində bu cür şantaj videolarının sayının artmasını görəcəyik.

Bəli, yaxşı olar ki, bu intim münasibətlər real nikahda olduğu şəxslə olsun. Amma nikahdankənar iki yetkin insan könüllü şəkildə intim münasibətdə olursa, burada heç bir cinayət faktı yoxdur. Konstitusiyamızda insanların dostluq etməsi, sevməsi, məşuq olması ilə bağlı heç bir qadağa yoxdur.

Son günlərdə yerli mediada gedən məktəb direktoru ilə bağlı fakt da bir daha bizə bu mövzuya daha dərindən ictimai, mənəvi məsələ kimi işıq salmağa təkan verdi. Direktorun məktəbdən kənar kiminləsə virtual sekslə məşğul olması nə cəmiyyətin, nə də məktəbin problemidir. Mən başa düşmürəm ki, direktorlar və ya digər şəxslər katolik ruhaniləridirmi ki, onlara intim münasibətə girmək olmaz?! Bunu kim qadağan edib?! Konstitusiyamızın hansı bəndində insanların öz intim hisslərini, emosiyalarını, duyğularını bölüşə bilməmələri qeyd olunub?! Cəmiyyət şantaj yolu ilə videosu yayılan şəxsləri qınaq atəşinə tutmaqdansa, onların yanında olmalıdır”.

Sadiq Cavadov

www.yenicag.az

9360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv