!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yazıçıların növbəti EV QALMAQALI: “Bölgünün hansı meyarla aparıldığı bilinmirsə...” – REAKSİYA

!Reklam – Yazi

“Yaranan suallara cavab tapılmadıqca, nə ev alıb sevinənlərlə, nə də almayıb dərd-qəmə batanlarla həmrəy ola bilirsən”.

Bu fikirləri Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə mənzil verilməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən adıçəkilən qurumun üzvü, yazıçı-publisist Qurban Yaquboğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, AYB-nin mənzil bölgüsünü hansı meyarlarla, apardığı məlum olmadığından, bu barədə konkret söz demək çətindir:

“Azərbaycan Yazıçılar Birliyi üzvlərinə ev verilməsi ilə bağlı yaranmış söz-söhbətə təbii və real hadisə kimi yanaşmaq lazımdır. Ev istəyən çox, evin sayı isə az…

Mənim fikrimcə, bu tip hallarda yeganə çıxış yolu adına şəffaflıq deyilən vacib bir prosedurun tətbiqidir. Görəsən, o mənzillər hansı prinsiplərlə, hansı meyarlarla verilib? Neçə iddiaçı olub? Seçim necə aparılıb?

Bu kimi suallara cavab tapılmadıqca, nə ev alıb sevinənlərlə, nə də almayıb dərd-qəmə batanlarla həmrəy ola bilirsən. AYB kimi özünü əlahiddə qurum sayan bir təşkilata nəsə məsləhət verə bilmərəm. Amma şəffaflığın bərpası heç vaxt gec deyil”.

Cəvahir

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv