!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İTV-nin baş direktoru vəzifəsinə iddialılar - SİYAHI

!Reklam – Yazi

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

MTRŞ-dan Yenicag.az-a verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin tam siyahısı belədir:

Soyadı, adı, atasının adı Hal-hazırda işlədiyi müəssisə
1 Abbasov Rauf Müzəffər oğlu Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsi, rəis müavini
2 Abbasov Səbuhi Mübariz oğlu 7news.az saytı, baş redaktor
3 Mehrəliyeva Şəfəq Akif qızı ADA Universiteti, aparat rəhbəri
4 Mehtiyeva Rahilə İbrahim qızı Elit informasiya agentliyi, MMC baş direktor
5 Xəlilova Qərənfil Əli qızı Hal-hazırda işsizdir
6 Qarayev Sadıq Qurban oğlu AMEA Mərkəzi Nəbatat Bağı, elmi işçi
7 Qasımov Balakişi Ələkbər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti,baş direktorun müavini

 

www.yenicag.az

3360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv