Yemək yarışmasında öldü
Yemək yarışının qalibi elə səhnədəcə öldü. Rusiyanın Strıy Lvov bölgəsində varenik (içində kəsmik,ət,kartof və sairə olan xəmir yeməyi) yemək üzrə yarış keçirilib.
Yemək yarışının qalibi Strıy şəhər sakini 53 yaşlı qadın olub. O, nə az nə çox 15 varenik yeyib. Mükafatlandırma üçün səhnəyə çıxan qadının vəziyyəti qəfil pisləşib və o yıxılıb. Dərhal təcili yardıma xəbər verilib. Lakin həkimlər gələnə kimi qadın keçinib.
Təcili tibbi yardım əməkdaşlarının sözlərinə görə, bu qədər xəmir yeməyi yemək sağlam adam üçün belə ziyandır. Belə ki, bu qədər varenikdən sonra mədədə güclü ağrılar, spazma başlayır.
Qadının cəsədi məhkəmə tibbi ekspertizasına göndərilib, fakt üzrə cinayət işi açılıb.
Hadisədən sonra festivalın bütün əyləncəli tədbirləri dayandırılıb. Qısa zaman sonra isə yemək festivalı birdəfəlik dayandırılıb.