Yəmən artıq İranın nəzarətində!- İŞİD husilərin işinə yaradı

media-hightechnic-468x90

yemen-de-husi-darbesi_mYəməndə hakimiyyət dəyişikliyi baş verib. “Husi” şiə qiyamçıları hakimiyyəti ələ aldıqlarını və parlamenti buraxdıqlarını elan ediblər.

Yenicag.az xəbər verir ki, qrup televizya ilə yayılmış bəyanatında bəyan edib ki, keçid dövrü üçün 5 nəfərdən ibarət Şura prezidentin səlahiyyətlərini yerinə yetirəcək.

Qeyd edək ki, Yəməndə sentyabr ayından bəri paytaxt Sananın idarəsi Husilərin əlindəydi. Keçən ay Sanadakı prezident sarayını və bir çox hökumət binasını ələ keçirən silahlı Husilər, prezident Abdurabbu Mansur Hadi və Xalid Məhfuz Bahhahı istefaya məcbur etmişdi.

Xatırladaq ki, Husilər də Hizbullah kimi şiə hərəkatıdır və İran tərəfindən dəstəklənir. Bu səbəbdən də bir çoxları Husilərin əli ilə İranın Səudiyyə Ərəbistanının qonşuluğunda hakimiyyətə gəldiyi bildirilir. 2000-ci illərdən bəri mübarizə aparan Husilərə beyəlxalq güclərin son dönəmdə səssiz qalmasının səbəbi isə İŞİD olduğu bildirilir.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600