Yəmən hökuməti istefa verdi

media-hightechnic-468x90

Yəmən hökuməti istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə SABA agentliyi məlumat verib.

Bildirilib ki, Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi tərəfindən verilən fərmana görə, xarici işlər naziri Şayya Möhsen əl-Zindani Nazirlər Şurasının sədri təyin edilib və hökuməti qurmaq ona tapşırılıb.

Fərmana əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Yəmən Baş naziri Salim Saleh bin Breykin istefa ərizəsi yanvarın 15-də qəbul edilib.

Qeyd edək ki, dekabr ayında Yəməndəki vəziyyət kəskin şəkildə gərginləşib. Buna Cənubi Yəmənin müstəqilliyini bərpa etməyə çalışan Cənub Keçid Şurası (STC) qüvvələrinin genişmiqyaslı hücumu səbəb olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa