Yəməndə partlayış baş verib: 50 ölü, 70 yaralı

media-hightechnic-468x90

yemenYenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Yəməndəki hərbi bazalardan birində terror aktı baş verib. Hadisə zamanı 50 nəfər ölüb, 70 nəfər yaralanıb.

Hadisə ölkənin cənubundakı Ədən şəhərində baş verib. Belə ki, Əs-Sulban düşərgəsində naməlum şəxs özünü partladıb.

Məlumata görə, ölənlərin əksəriyyəti hərbçilərdir.

Qeyd edək ki, terrorçunun özünü partlatması nəticəsində onlarla insan xəsarət alıb. Terror aktına görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600