!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yenə qar yağacaq – Yollar buz bağlayacaq

!Reklam – Yazi

qar_tarqovu_5412Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 27-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 14-19, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 27-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Yanvarın 28-də soyuq temperatur diskomfortu gözlənilsədə, havanın oksigenlə zəngin olması müsbət amildir.

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv