Yeni avtobusların oyunlardan sonrakı “taleyi” necə olacaq?

media-hightechnic-468x90

img1831311Avropa Oyunları üçün paytaxta gətirilən yeni avtobusların sonrakı aqibəti hamı üçün maraqlıdır. “Bakı 2015”dən sonra standartlara cavab verən bu ictimai nəqliyyat vasitələrinin təyinati necə olacaq?

Yenicag.az anstv-yə istinadən xəbər verir ki, yeni gətirilən avtobuslar Bakıda keçiriləcək I Avropa Oyunlarından sonra da sərnişinlərə xidmət göstərəcək. Həmin avtobuslar paytaxtın mərkəzində işləyən marşrut xətlərində işləyəcək.

Yeni marşrutlar əsasən mərkəzdəki avtobus xətlərinə buraxılacaq. Ehtiyac olduğu təqdirdə əlavə yeni və müasir standartlara cavab verən avtobusların da gətirilməsi plandadır. Məqsəd vətəndaşlara yüksək səviyyəli xidmətin göstərilməsidir. Köhnə avtobusların isə xətdən çıxarılması planlaşdırılır. Artıq avtobus parkı da yenilənib.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, Avropa Oyunlarından sonra da bu proses davam etdiriləcək: “Çünki sürücüyə hər zaman ehtiyac var. Avtomobil nəqliyyatının məlum tələblərinə görə 21 yaşından yuxarı, eyni zamanda 3 ildən aşağı təcrübəsi olmayan şəxslər mütləq bu işə cəlb olunmaldır. Bu gün peşakar sürücüyə, xüsusən də avtobus sürücülərinə böyük ehtiyac var”.

Yeni avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var. Bu avtobuslardan həmçinin əlilər də istifadə edə biləcəklər. Avtobusları idarə etmək üçün xüsusi geyimli sürücülər ayrılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600