!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni “Bayraqdar” yaradacaq gəncləri yetişdirən azərbaycanlı: İndiki uşaqlar texnologiya ilə "doğulur” - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

“Azərbaycanda bu sahədə bazar boşdur. Hədəfimiz bu sahədə olan boşluğu doldurmaq və peşəkar İT mütəxəssisləri yetişdirməkdən ibarətdir”.

Bunu informasiya texnologiyaları mütəxəssisi, Start İT şirkətinin rəhbəri Azər Sanıyev Yenicag.az-a videomüsahibəsində deyib.

Xaricdə təcrübə keçən, hazırda ölkəmizdə 4 yaşdan yuxarı uşaqlar üçün robot texnikası və proqramlaşdırma kursları ilə vətənimiz üçün gənc “bayraqdar”lar yetişdirən Azər Sanılı yetirmələrindən, bu sahəyə olan maraqdan və hədəflərindən danışıb.

Qeyd edək ki, İT sahəsində 14 illik təcrübəyə malik olan mütəxəssis Birləşmiş Krallığın aparıcı neft şirkətinin birində Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya regionu üzrə İT şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Karyerasının son 7 ilində ölkənin əmək bazarı üçün yeni mütəxəssis yetişdirilməsində müstəsna rolu var. Belə ki, 2015-ci ildə təsis etdiyi İT sahəsi üzrə təhsil və karyera məsləhətləri şirkətindən bu günədək 100-lərlə məzun olan şəxs Azərbaycanda və eləcə də ölkə xaricində bu sahə üzrə çalışır. 2019-cu ildə 4 yaşdan yuxarı uşaqlar üçün robot texnikası və proqramlaşdırma kursları ilə vətənimiz üçün gənc “bayraqdar”lar yetişdirir.

2021-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qruplarında müəllim kimi çalışır.

Videomüsahibəni təqdim edirik:

Cəvahir

www.yenicag.az

2327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv