!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni deputatlara Çin smartfonları paylanacaq – Qanunvericilik “stimul”u

!Reklam – Yazi

Parlamentə yeni seçilən deputatlar Çin istehsalı olan smartfonlarla təmin ediləcəklər.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasına yeni seçilən deputatlara Çində istehsal edilən “Realme” smartfonlarının paylanması haqda qərar icra olunub.

Məlumata görə, Dövlət Duması 450 ədəd “Realme” smartfonu üçün 4,3 milyon rubl (100 min 500 AZN) xərcləyib. Yəni hər bir smartfon üçün təqribən 222 manat ödənilib.

Smartfonların alınmasına dair tender şərtində mobil cihazların iki simkartlı olması, 4G sistemində işləməsi, ekran diaqonalı 6 düymdən, yaddaşı isə 64 geqabaytdan az olmaması qeyd edilib.

Bundan başqa, smartfonun səkkiznüvəli prosessoru olmalı, Wi-Fi, GPS və barmaq skanı funksiyasını dəstəkləməlidir. Tenderin qalibi olan şirkət öz öhdəliyini ilin sonuna kimi yerinə yetirəcək.

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv