Yeni dünya düzənində SAVAŞLARIN BAŞLAMASI: Müharibələrdə təzə sərhədsizlik prinsipi

media-hightechnic-468x90

Yaxın Şərq üzrə mütəxəssis, qlobal müdafiə yazarı Eylem Okumuş, xüsusi olaraq “Yeni Çağ” üçün

media-banner_tkm

Artıq savaş əvvəlki kimi başlamır. Heç kim elan etmir. Çox vaxt başladığını da heç kim anlamır. Bitəndə isə ortada nəsə əskik olur, amma nəyi itirdiyini izah etmək çətinləşir. Çünki bu iş artıq cəbhədə deyil, sistemin içində baş verir.

Bir ölkəni sıxışdırmaq üçün sərhədi keçməyə ehtiyac qalmadı. Axını yavaşlat, xərci artır, bir az qeyri-müəyyənlik burax… qalanı özü gəlir. Nə tank lazımdır, nə təyyarə. Bəzən sadəcə doğru anda ortaya atılan bir məlumat kifayət edir.

media-media-d15c7480-7adc-41c0-9981-babc05fcd107-w0f1bp-1

Güc hələ də yanlış yerdə axtarılır. Sahələrdə, ehtiyatlarda, hərbi varlıqda. Halbuki məsələ sahib olmaq deyil, yön verə bilməkdir. Nə vaxt işə düşəcək, nə qədər davam edəcək, hansı şərtlərdə axacaq… bunları müəyyən edən tərəf oyunu qurur.

Artıq birbaşa kəsməkdən çox tarazlığı pozmaq seçilir. Çünki kəsinti açıqdır, reaksiya doğurur. Amma qeyri-müəyyənlik yayılır. Yavaş-yavaş. Bir gün gecikmə olur, sonra xərc artır, ardınca qiymət oynayır. Ayrı-ayrı baxanda böyük bir şey yoxdur, amma üst-üstə yığılanda mənzərə dəyişir.

Əsl qırılma da burada başlayır. Bir xətt gerçəkdən zərər görməsə belə, risk altında olduğu danışılmağa başlayarsa kifayətdir. Daşıyan gözləyir, alan ehtiyatla davranır, sığorta qalxır. Axın davam etsə də, heç kim əvvəlki kimi davranmır.

İşin bir də görünməyən tərəfi var. Artıq hər şey izlənir, ölçülür, sistem üzərindən idarə olunur. Bu yaxşı kimi görünür, amma başqa bir qapı açır. Kiçik bir məlumat xətası, gecikən siqnal, yanlış oxunan dəyər… bəzən bunlar zənciri hərəkətə gətirməyə yetirir.

Daha irəli nöqtədə iş tamamilə dəyişir. Gerçəkdə olmayan bir problem varmış kimi göstərilir, müdaxilə gəlir və o müdaxilə işi həqiqətən pozur. Yəni böhran kənardan gəlmir; içəridə yaranır. Sistem, ona göstərilən tabloya inanıb öz tarazlığını pozur.

Maliyyə tərəfi bunu daha da böyüdür. Artıq enerji sadəcə daşınan bir şey deyil, eyni zamanda alınıb-satılan bir gözləntidir. Qiymət bəzən real axından qopur. Bir siqnal gəlir, ardınca hərəkət başlayır. Qiymət qalxdıqca narahatlıq artır, o narahatlıq yeni hərəkəti doğurur. Bir yerdə qırılana qədər bu davam edir.

Sonrakı vəziyyət də çox fərqli deyil. Böyük savaşlar yerinə kiçik, amma davamlı sarsıntılar. Bir yerdə axıntı, başqa yerdə məlumat problemi, ardınca qiymət hərəkəti. Ayrı görünən şeylər əslində eyni xəttin parçalarıdır.

Dövlətlər hələ də köhnə reflekslərlə hərəkət edir. Sərhədi qoruyur, hərbi gücü artırır. Amma içəridəki axın kövrəksə, bunların çox da mənası qalmır. Çünki problem kənardan gəlmir; içəridə böyüyür.

Enerji məsələsi artıq sadəcə mənbə tapmaq deyil. Onu axıda bilmək, davam etdirə bilmək, tarazlıqda saxlaya bilmək. Fiziki xətt qədər məlumat da önəmli oldu. Harası zəifdirsə, qırılma oradan gəlir.

Nəticə çox dəyişməyib əslində, sadəcə yerini dəyişib. Güc sahədən çəkilib, axına yerləşib. Axını yönləndirən oyunu müəyyən edir. Digərləri isə çox vaxt nə baş verdiyini anladığında iş işdən keçmiş olur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05