Yeni iPhone 6 belə olacaq-Fotolar
Avstraliyalı bloqer Sonni Dikston bloqunda Apple korporasiyasının sentyabrda təqdim edəcəyi iPhone 6 smartfonlarının 2 modelinin fotolarını yayıb.
iPhone 6 smartfonu 4,7 düym və 5,5 düym ekranlı iki modeldə olacaq.
Bu arada Tayvanın məşhur müğənnisi Cimmi Lin də iPhone 6 ilə şəkil çəkdirərək Twitter-də yayıb. Səhər saatlarında nowhereelse.fr saytı da iPhone 6-nın iki modelinin fotolarını yayıb.
Mütəxəssislər fotolarda real iPhone 6 smartfonlarının olduqlarına şübhə etmirlər. Apple-in yeni smartfon modeli Tayvanın HTC korporasiyasının istehsalı olan HTC One-a bənzəyir.