!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni mərhələdə aktuallaşan TƏLƏBLƏR: “Rüşvətxorluğa və məmur özbaşınalığına son qoyulması…”

!Reklam – Yazi

“Xalqın ən əsas istəyi qanunun aliliyinin təmin edilməsi və sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılmasıdır”.

Bu fikirləri Azərbaycanın 7 fevral seçkilərindən sonra daxil olduğu yeni mərhələdə xalqın əsas gözləntilərindən danışan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ zəfəri ilə Azərbəycanın işğal altındakı torpaqları azad edildikdən sonra əhalinin əsas arzusu sosial rifahın yüksəldilməsidir:

“Düzdür, bu istiqamətdə müəyyən işlər görülür, lakin bu hələ də tam və hər şeyin yüksək səviyyədə olduğu mənasına gəlmir.

Bu səbəbdən, Azərbaycan xalqı prezident İlham Əliyevə bir daha etimad göstərərək, yeni dövrdə sosial rifahın daha da yüksəldilməsi istiqamətində islahatlar aparılmasının gözləntisindədir.

Azərbaycan xalqının istədiyi ən mühüm şey indiki hakimiyyət tərəfindən qanunun aliliyinin təmin edilməsi, sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması, korrupsiya və rüşvətxorluğa, o cümlədən, məmur özbaşınalığına son qoyulmasıdır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

1055
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv