!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni mərhələnin önə çıxardığı MƏSƏLƏLƏR: “Qarabağın işğaldan azad olunması məhz bu siyasətin...”

!Reklam – Yazi

“İndi qarşıdakı əsas məsələ olan sosial rifahın daha da yüksəldilməsi istiqamətində uğurlu işlərin görüləcəyi şübhəsizdir”.

Bu fikirləri fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra ölkədə yeni mərhələnin başladığına dair yanaşmaları dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, prezident seçkiləri hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edən mühüm siyasi hadisədir:

“Xalqın birliyi ilə İlham Əliyevin yenidən seçilməsi vətəndaşların Ulu Öndərin siyasətinə sadiqliyinin göstəricisidir. Azərbaycan müstəqillik qazandıqdan sonra qlobal siyasi arenada özünə yer etməyi bacardı. Qarabağın işğaldan azad olunması məhz bu siyasətin nəticəsidir.

İqtisadiyyatın inkişaf və hərbi gücün artırılması ilə qazanılan bu zəfərdən sonra Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmləndi. Bir sözlə, Azərbaycan yeni dünya düzəninə uyğun siyasət aparmağı bacarır.

İlham Əliyev liderlik kürsüsünə oturduğu gündən bəri xalqın və dövlətin milli maraqlarını hər şeydən üstün tutaraq verdiyi vədlərin hər birini uğurla gerçəkləşdirdi. İndi qarşıdakı əsas məsələ olan sosial rifahın daha da yüksəldilməsi istiqamətində uğurlu işlərin görüləcəyi şübhəsizdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv