!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni metro stansiyası şəhərdə sıxlığı azaldacaq? - RƏY

!Reklam – Yazi

“Gələcəkdə digər stansiyalarla əlaqələr genişləndirilsə, sıxlığın aradan qaldırılmasında müsbət hallar müşahidə edəcəyik”.

Bunu yeni istifadəyə verilmiş “Xocasən” metro stansiyasının paytaxtdakı sıxlığa mümkün təsiri haqqında danışan nəqliyyat eksperti Fərhad Eyyubov Yenicag.az -a açıqlamasında deyib.

Ekspert metro stansiyalarının bir-biri ilə əlaqələndirilməsinin zəruri olduğunu bildirib:

“Xocasən ərazisində nəqliyyat vasitələri tıxaca səbəb olurdusa, yeni stansiyanın istifadəyə verilməsi sıxlığı azaldacaq. Bakı şəhərində yerüstü nəqliyyatın sıxlığı metroda olan problemlərdən irəli gəlir. Bu nöqteyi-nəzərdən stansiya nə qədər çox olsa, yerüstü nəqliyyatda rahatlıq əmələ gələr.

Bir nüans var ki, metro stansiyaları da bir-biri ilə əlaqələndirilməlidir. Dairəvi xətlər olsa, insanlar rahat olar. Dairəvi xətlərin olmaması bir stansiyadan axırıncı stansiyayadək yüklənməni çoxaldır. Gələcəkdə dairəvi xətt işə düşsə və həmin xətt üzrə metro stansiyası açılsa, bu, nəqliyyatda müsbət töhfə verəcək. Metro stansiyaları ilə yerüstü marşrutlarda da müəyyən əlaqə olmalıdır. Bu əlaqələr yerinə yetirilsə, sərnişin daşımalarında yaşanan gərginlik aradan qalxacaq.

“Xocasən” stansiyası mərkəzdən kənar olduğu üçün sərnişin daşınmasında hələlik müsbət göstəricisi olmayacaq. Gələcəkdə digər stansiyalarla əlaqələr genişləndirilsə, sıxlığın aradan qaldırılmasında müsbət hallar müşahidə edəcəyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv