Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Yeni Müsavat” qəzetinin ad günü: sayğac 28-i vurdu

Bu gün Azərbaycan mediasının ən nüfuzlu nəşrlərindən biri olan “Yeni Müsavat” qəzetinin fəaliyyətə başlamasından 28 il ötür.

Yenicag.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin ilk sayı 1989-cu il noyabrın 10-da işıq üzü görüb.
Təqribən 2 il qeyri-leqal və kustar üsulla nəşr olunan “Yeni Müsavat” Azərbaycanın müstəqilliyinin bərpasından sonra – 1991-ci ilin oktyabrında dövlət qeydiyyatına alınıb.

Qeydiyyata alınana qədər Gəncədə fəaliyyət göstərən “Yeni Müsavat” Bakıya daşınaraq, Xalq Cəbhəsinin (AXC) qərargahında məskunlaşıb.

Fəaliyyətə Milli Demokrat “Yeni Müsavat” Partiyasının orqanı kimi başlayan nəşrin qurucusu Rauf Arifoğlu daha sonra təsisçilik hüququnu Müsavat lideri İsa Qəmbərə verib.

2009-cu ilin noyabrında qəzetin təsisçilik hüququnu geri götürən Rauf Arifoğlu “Yeni Müsavat”ın tərəfsiz, ümummilli nəşrə çevrilməsi istiqamətində addımlar atdı.

Ölkənin ictimai rəyinə güclü təsir imkanına malik media orqanlarından biri olan 28 yaşlı qosqoca “Yeni Müsavat”ın təsisçisi Rauf Arifoğlunu və kollektivini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

www.yenicag.az

2094
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM