!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kraliçanın kiçik gəlini “bulvar qəzeti”ni məhkəməyə verdi: “Qəddar kampaniya aparılır”

!Reklam – Yazi

Böyük Britaniya kral ailəsinin kiçik gəlini onun adını hallandıran “bulvar qəzeti”ndən məhkəməyə şikayət edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə Henrinin xanımı, Sasseks hersoginyası Meqan Markl atasına yazdığı məktubu yayımladığı üçün “Mail on Sunday” qəzetinə qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə məlumatl hersoginyanın hüquqlarını müdafiə edən “Schillings” hüquq məsləhətxanası açıqlayıb.

Açıqlamada Marklın atasına yazdığı məktubun yayımlanması hersoginya ilə həyat yoldaşı şahzadə Henriyə qarşı təhqiredici kampaniyanın bir hissəsi kimi qiymətləndirilib.

Xanımının məhkəməyə müraciət etməsinə şahzadə Henri də yazılı açıqlama ilə münasibət bildirib:

“Təəssüf ki, həyat yoldaşım nəticəsini düşünmədən bəzi şəxslərə qarşı təbliğat aparan ingilis “bulvar mediası”nın son qurbanlarından biri oldu.

Belə vəziyyətlə üzləşmiş anamı illər öncə itirdim və indi də həyat yoldaşımın eyni qüvvələrin qurbanı olduğunu görürəm”.

Firuzə Alimova

COP29

www.yenicag.az

2273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv