Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yeni nazir: "İxtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik"

“Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”.

Yenicag.az xəbər verir ki, bunu yeni təyin edilmiş gənclər və idman naziri təyin edilmiş Fərid Qayıbov “Facebook” hesabında yazıb.

Nazir Azərbaycanda ixtisaslaşmış komanda ilə yeni nailiyyətlərin əldə edilə biləcəyini qeyd edib:

“Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik.

Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.

www.yenicag.az

109
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100