Yeni qanun qüvvəyə mindi

media-hightechnic-468x90

llllllllllllpAzərbaycanda kəşfiyyat və əks-kəşfiyyat, eləcə də əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara edilmiş dəyişikliklər bu gündən qüvvəyə minib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Qanunlar bu gündən qüvvəyə minib.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaqdır.

Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinə edilən dəyişikliyə əsasən isə, öz qulluq mövqeynə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur.

media-ziraat-728x90

Yeni qanun qüvvəyə mindi

media-hightechnic-468x90

ıııııııııpöğİyunun 17-də prezident İlham Əliyev “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliyi imzalayıb.

Qüvvəyə minən yeniliyə əsasən, ödənilən hər hansı kompensasiyaya görə heç bir rüsum və ya dövlətin xeyrinə alınan hər hansı digər ödəniş (vergi istisna olmaqla) tutulmayacaq.

İlham Əliyev sərəncam imzalayaraq qanunları və aktları “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişikliyə uyğunlaşdırmağı tapşırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600