!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni tədris ili və açıq qalan SUALLAR: “Dərslərin ənənəvi qaydada keçirilməsi...” - Ekspertdən SKEPTİK MÖVQE

!Reklam – Yazi

“Orta məktəblərdə bütün siniflərin tədrisə ənənəvi qaydada başlaması daha uyğun addım olardı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Təhsil Nazirliyinin yeni tədris ili ilə əlaqədar qəbul etdiyi qərarları dəyərləndirən ekspert Elçin Əfəndi deyib.

Elçin Əfəndi bildirib ki, tədrislə əlaqədar qəbul olunan yeni qərarların özünü doğruldacağı inandırıcı deyil:

“Yeni tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, eyni zamanda, IX-XI sinif şagirdləri üçün distant təhsilin tətbiqi nəzərdə tutulub. Lakin reallıq göstərir ki, distant təhsilin ölkədə oturuşdurulması hələ ki mümkün olmayıb.

Ona görə də, məlum təhsil üsulundan effektiv nəticə əldə olunmur. Çünki ölkədə internet problemi var və informasiya texnologiyalarını hər kəs eyni səviyyədə bilmir”.

Təhsil eksperti vurğulayıb ki, əslində, bütün pillələr üzrə tədrisin ənənəvi qaydada keçirilməsi daha uyğun addım olardı:

“Xüsusi karantin rejimi tətbiq olunmayan bölgələrdən fərqli olaraq, digər regionlarda iki qaydaya əməl etmək şərtilə, ənənəvi tədrisə başlamaq mümkün idi. Birinci variantda qoruyucu maskadan istifadə, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyena qaydalarına əməl olunması əsasında ənənəvi tədris təmin edilə bilərdi. Distant tədris isə yalnız virusa yoluxmuş şəxslərə şamil olunardı.

İkinci üsulda isə xüsusi karantin rejimi tətbiq olunan bölgələrdə tədris tamamilə distant formada həyata keçirilə bilərdi. Çünki hazırda karantin rejimi tətbiq olunan şəhərlərdə internet təminatı normaldır”.

Qeyd edək ki, yeni qərara əsasən, distant və ənənəvi şəkildə olmaqla, 15 sentyabrda bağçalar, 15 sentyabrda I-IV siniflər, 1 oktyabrda məktəbəhazırlıq (5 yaş), 1 oktyabrda V-IX siniflər, 15 oktyabrda X-XI siniflər, 1 oktyabrda I kurslar, 15 oktyabrda II və yuxarı kurslar üçün təhsil müəssisələri fəaliyyətə başlayacaq. Sentyabrın 15-dən orta məktəblərdə I-IV siniflər üçün dərslər ənənəvi qaydada keçiriləcək. Oktyabrın 1-dən həftədə iki və ya üç dəfə olmaqla, V-IX siniflər də tədrisə əyani şəkildə başlaya bilər.

Gülşən Şərif

www.yenicag.az

3903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv