!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni tədris MÖVSÜMÜ: Hansı yeniliklər olacaq?

!Reklam – Yazi

“Biz ötən illə bu il arasında bir fərq görmürüksə və görünən fərqlər yalnız kəmiyyət müstəvisi ilə əlaqələndirilsə, o zaman hər hansı bir uğurdan danışa bilmərik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yeni tədris mövsümünün başlanması və builki tədris prosesində gözlənilən yeniliklər barədə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, yeni tədris ilinin başlamasına cəmi bir həftə vaxt qalsa da, hələ də ötən ilki tədris ilindən fərqli olaraq, yeni nələrinsə ərsəyə gəlməsi müşahidə edilmir:

“Yaxud da bu proses baş verirsə çox ləng və qapalı şəkildə həyata keçib ki, bundan məlumatsız qalmışıq. Amma əksər hallarda əsaslı bir dəyişikliyin (hamımız üçün sürpriz sayıla biləcək bir dəyişiklikliyin – E.N) olacağını şəxsən gözləmirəm. Ötən il necə olmuşdusa, bu il də elə olacaq.
Ötən ildə də tədris prosesinə bir həftə qalmış müəyyən bir tikilən, təmir olunan məktəblər barədə məlumatlar verilmiş olsun hər tikilən məktəbə görə dövlətimizə minnətdarıq. Lakin məsələ bununla bitmir. Dövlət büdcəsindən ayrılaraq yeni məktəblər istifadəyə verilir, yeni bağçalar salınır, amma orada keyfiyyətli təhsilin təşkili üçün hansı addımların atılması mövzusu tamam başqa mövzudur. Yenə də dərsliklərlə bağlı ümumi müzakirələr edilir, şagirdlərin yerdəyişməsi, yerləşməsi ilə bağlı müzakirələr aparılır, ənənəvi sentyabr konfransları gedir və bununla bağlı mətbuatda yazılır. Lakin daha yeni bir şey istəyirik.
Məsələn, bu il Elm və Təhsil Nazirliyi mətbuata belə bir açıqlama versin ki, baxın, bu ilin tədrisi üçün yeni bir şey fikirləşmişik. Bütün məktəblərimizi əhatə edəcək innovativ layihəmiz olacaq. Bu həm valideyn, həm şagird, həm də müəllimlər tərəfindən çox yaxşı qarşılanar. Bax belə bir detallar olarsa deyə bilərik ki, yeniliklə bağlı irəliləyiş var. Amma biz ötən illə bu il arasında bir fərq görmürüksə və görünən fərqlər yalnız kəmiyyət müstəvisi ilə əlaqələndirilsə, o zaman hər hansı bir uğurdan danışa bilmərik”.

E.Nuri qeyd edib ki, əgər hansı fərqi görmək istəyi bağlı sual olunsa, əslində, bir çox variant var:

“Bir neçə vaxtdır ki, şagird davranış qaydalarının təsdiqini gözləyirik. Məktəblərdə etik davranış prinsiplərinin qorunması qaydaları var ki, bu yalnız pilot məktəblərdə həyata keçirilir. Nəhayət, 2024-25 tədris ili üçün həmin etik davranış qaydalarını bütün məktəblərdə həyata keçirilməsini arzulayırıq.
Digər bir məqam isə dərsliklərlə bağlı olan məsələlərdir. Hər il yeni tədris mövsümü açılanda dərsliklərlə bağlı müəyyən problemlər müzakirə edilir. Bir il əvvəl bir məsələ ortaya atılmışdı ki, Azərbaycanda dərsliklər maraqlı forma və məzmunda hazırlanacaq.
Digəri isə şagirdlərə mobil telefonların qadağan olunması ilə bağlı dəfələrlə deyilir. Amma bu, baş vermir. Heç olmazsa, bu il qərar verilsin ki, bütün məktəblərə şagirdlərin mobil telefon gətirməsi qadağan olunur.
Sadaladığım şeylər o qədər də çətin deyil. Bunların olması hər hansı bir yeniliyin olacağına bir dəlil sayıla bilər. Biz təəssüf ki, ötənilki qaydalarla işimizi bitirmiş hesab edirik”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv