Yenidən Türkiyə Prezidenti seçilmiş Ərdoğan and içdi

media-hightechnic-468x90

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

Ərdoğanı müvəqqəti Məclis sədri və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı qarşılayıb və ona mandatını təqdim edib.

Rəcəb Tayyib Ərdoğan mərasimdən sonra Anıtqəbiri ziyarət edəcək.

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə rəqiblərinə qalib gələrək Türkiyənin növbəti 5 il üçün prezidenti seçilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa