Avropada 18 yaşdan aşağı futbolçuların ən çox üz tutduğu ölkə İngiltərədir.
Yeniçağ.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) məlumat yayıb. Mərkəzin bu il UEFA-ya üzv olan 31 futbol federasiyası arasında apardığı araşdırmaya əsasən, bu ölkələrdə çıxış edən 18 yaşdan aşağı 597 futbolçudan 180-i İngiltərəni seçib.
Sıralamaya əsasən, sonrakı yerləri İtaliya (78 futbolçu) və Hollandiya (53) tutub. Gənclərin 42-i Fransa, 36-sı Almaniya, 33-ü isə İspaniyaya üz tutub.
Ölkə xaricinə ən çox 18 yaşdan aşağı futbolçu göndərən ölkə isə Belçika olub. Belçikalılar 2016-cı ildə ölkə xaricinə 38 futbolçu göndərib. Bu sahədə Belçikanın ən yaxın izləyiciləri İsveç və Fransadır- 23.
Yenicağ.az
www.yenicag.az