Yığmanın baş məşqçisi: "İlk standart vəziyyətdən qol buraxdığımıza görə təəssüflənirəm"

media-hightechnic-468x90

“Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geri dönüş etməyi bacardılar”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Macarıstanın Sombatxey şəhərinin “Haladaş” İdman Kompleksində keçirilən beynəlxalq yoldaşlıq oyununda Qazaxıstan seçməsinə 3:2 hesabı ilə qalib gəlmələri barədə danışarkən deyib.

Mütəxəssis ilk standart vəziyyətdən qol buraxdıqlarına görə təəssüfləndiyini bildirib: “Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05