!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisi sürücülük vəsiqəsi olmayanlardan aylıq pul alır? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Göyçayda sürücülük vəsiqəsi olmayan vətəndaşların yol polisinə aylıq pul verib sərbəst avtomobil sürməsi, eləcə də avtoxuliqanlıq etmələri barədə iddialar yayılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları barəsində yayılan məlumat həqiqəti əks etdirmir:

“Şər və böhtan dolu həmin müraciət polisin gərgin əməyinə kölgə salmağa cəhddən başqa bir şey deyil. Belə ki, baş vermiş yol nəqliyyat hadisələri, eləcə də sürücülər tərəfindən törədilən kobud qayda pozuntularına görə müvəqqəti duracağa yerləşdirilən avtomobillərin sahibləri barəsində araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilir”.

“Onu da qeyd edək ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları özünü Firdovsi Əliyev kimi təqdim edən şəxsin şikayəti əsasında onunla əlaqə yaratmağa səy göstərsələr də, şəhərin Nizami küçəsində müraciətdə qeyd edilən ünvanın mövcud olmadığı məlum olub“”, – deyə DİN-dən qeyd edilib

 

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv