Yol Polisindən xəbərdarlıq: Bu sürücülər cərimələnəcək – Yenicag.Az

Reklam

Reklam

İyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kamera vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək.

V.Əsədovun sözlərinə görə, hazırda Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həddindən artıq aktivlik müşahidə olunur: “Bu yaxşı əlamətdir ki, sürücülər texniki baxışdan keçməyə çalışır. Texniki baxışdan keçməyən sürücüləri də dəvət edirik ki, nə qədər ki, şərait yaradılıb, nəqliyyat vasitələrini diaqnostika mərkəzinə təqdim etsinlər. Diaqnostika mərkəzinin əməkdaşları istirahət etmədən çalışırlar”.

Bölmə rəisi qeyd edib ki, bu qədər müddətdə sürücülər texniki baxışdan keçməyə gəlmirdilər: “İndiyə qədər sürücülər texniki baxışdan keçməyə əhəmiyyət vermirdilər, lakin indi gəliblər texniki baxışdan keçməyə. Çox güman ki, texniki baxışdan keçməyən avtomobillərlə bağlı kameralar vasitəsilə elektron qərarın qəbul edilməsi sürücüləri məcbur edir ki, texniki baxışdan keçsinlər. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq”.

Qeyd edək ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2035
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."