Yol qəzası piyadanın ölümü ilə nəticələndi

media-hightechnic-468x90

photo_7326Qəndab-Yalama yolunun 10-cu km-liyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, Şabran rayonu, Ağalıq kənd sakini 35 yaşlı, 4 uşaq anası Gülşən Babayevanı 99 CO 380 dövlət nömrə nişanlı “KİA Sorento” markalı avtomaşın vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Rayon mərkəzi xəstəxanasının morquna gətirilib. Ekspertizadan sonra meyit ailəsinə təhvil verilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq idarəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600