!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yollarda ölüm saçan TAKSİLƏR: "Bu sahədə gözlənilən islahatlar..." - VİDEO

!Reklam – Yazi

Son zamanlar taksi sürücülərinin fəaliyyətindən narazılıqlar artıb. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Yenicag.az-a açıqlamasında avtomobilləri təhlükəli idarə edən taksi sürücüləri ilə mübarizədən danışıb.

A.Əsgərli bildirib ki, təhlükəsizlik baxımından taksi fəaliyyətindəki boşluqlar hər birimizi narahat edir:

“Paytaxt üzrə taksi fəaliyyətinin təşkili və bu məsələlərin həlli DİN-in yox, aidiyyatı qurumun səlahiyyətindədir. Taksi xidməti kifayət qədər ciddi nəzarət olunmalı fəaliyyətdir. Bu sahədə gözlənilən islahatlar, nəzərdə tutulan mütərəqqi addımlar təbii ki, bizim də gündəlik işimizə yalnız dəstək ola bilər. Taksi sürücülərin fəaliyyətinə, avtomobillərinin texniki baxışılarına ən yüksək səviyyədə nəzarət olunması məsələsi də arzuolunandır. Çünki yollarda tez-tez köhnəlmiş və nasaz halda idarə olunan avtomobillərin yaratdığı süni sıxlıqların şahidi oluruq ki, bu da öz növbəsində əlavə yüklənmələrə səbəb olur”.

O vurğulayıb ki, xidmət zamanı qayda pozuntuları aşkarlanıb qanuni tədbirlər görülür.

“Qayda pozuntuları iki istiqamətdə aşkarlanır: Yol Patrul Xidməti əməkdaşlarının xidmətdə olarkən yollarda və ya xüsusi texniki vasitələrin imkanları ilə elektron qaydada qərar qəbul etməklə. Qayda pozuntularına uyğun olaraq da cərimələr və inzibati tənbeh tədbirləri müəyyən olunur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv