!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yolu bərbad vəziyyətdə olan qəsəbə: İcra başçısının cavabı sakinləri hiddətləndirdi - VİDEO

!Reklam – Yazi

Ağdam rayon Quzanlı-1 qəsəbəsinin yolu tamamilə yararsız haldadır.

Bu barədə Yenicag.az-a qəsəbə sakinləri məlumat veriblər.

2006-cı ildən məcburi köçkünlərin yaşaması üçün istifadəyə verilən qəsəbədə yaşayan sakinlərin sözlərinə görə, cəmi iki il sonra qəsəbənin yolu məhv olub. 2008-ci ildən çox bərbad, yararsız vəziyyətə düşən yolda indiyənədək heç bir təmir işləri aparılmayıb.

Qəsəbə sakinləri dəfələrlə bu yolla bağlı rayon rəhbərliyinə müraciət edib. İcra başçısının qəsəbə sakinləri ilə görüşü zamanı verdiyi cavab belə olub: “Kəndin yolu belə olar”.

Qəsəbə sakinləri ölkə rəhbərliyinə müraciət edərək yollarının bərpa edilməsini xahiş ediblər.

Qəsəbənin yolunun hansı vəziyyətdə olmasını videodan izləyə bilərsiniz:

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv