!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yoluxma sayında YANILDICI AZALMA: “Ağırlaşma davam edir, “zəncir” hələ qırılmayıb” – Adil Qeybulla

!Reklam – Yazi

“Yoluxanların deyil, sadəcə olaraq, TƏBİB-ə, təcili tibbi yardıma rəsmi müraciət edənlərin sayı azalıb. Faktiki olaraq, xəstə insanların sayı həddən artıq çoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla son sutka ərzində koronavirusa yoluxma sayının azalmasını dəyərləndirərkən bildirib.

Professor kritik durumun hələ davam etdiyini bildirib:

“Kritik durum hələ davam edir, çünki zəncir hələ qırılmayıb. Nə vaxt qırılacağı da bəlli deyil. Amma onu deyə bilərəm ki, yoluxma sayı azalmağa doğru gedəcək. Çünki əhalnin çox hissəsi artıq virusa yoluxub”.

Xatırladaq ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Cəvahir

www.yenicag.az

5219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv