!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YTB sədri Abdullah Ərəndən Polad Həşimovla bağlı paylaşım – FOTOLAR

!Reklam – Yazi

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən Polad Həşimovla bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, YTB sədri Abdullah Ərən Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günü ilə bağlı rəsmi “Instagram” hesabından paylaşım edib.

Ərən, “Türkiyədə məzun olmuş Şəhid Qəhrəmanın doğum günüdür bu gün!

Türkiyədə təhsil almışdı General Polad Həşimov.

Can Azərbaycan üçün Tovuzda şəhadətə yüksəldi. Məkanı cənnət olsun.

Azərbaycanda dəyərli ailəsini ziyarət edib bir az da varsa, acılarını paylaşmışdıq”, – deyə vurğulayıb.

Qeyd edək ki, Abdullah Ərən bir müddət öncə gerçəkləşdirdiyi Azərbaycan səfəri zamanı şəhid generalın ailəsini ziyarət edib. Ziyarət Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə baş tutub.

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv