Yük maşını piyadanı vurub

media-hightechnic-468x90

publika.az1400291231piyada_olumu_7_420x250Zaqatala rayonunda ağır tonnajlı yük maşını yolu keçmək istəyən piyadanı vurub.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü, Bakı şəhər sakini Muxtar Əli oğlu Məhərrəmov idarə etdiyi “Mercedes” markalı 90 JM 877 dövlət nişan nömrəli ağır tonnajlı yük maşını ilə Balakən istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada – 1965-ci il təvəllüdlü, Zaqatala rayon Yuxarı Tala kənd sakini Hacılı Oqtay Məhəmməd oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Oqtay Hacılı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Oqtay Hacılıya qapalı kəllə-beyin travması, aşağı və yuxarı ətrafın və iki qabırğasının sınığı diaqnozu qoyulub. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600