Reklam: High Technic
hightechnic

Yüksək dozada narkotik qəbul edənlər öldü

Bakıda yüksək dozada narkotik qəbul edən şəxslər ölüb.

Hadisə paytaxtın Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən Rauf Ələkbərova məxsus evə qonaq gələn tanışları – 1975-ci il təvəllüdlü Emil Söhrab oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Seymur Fərrux oğlu Baxmanov yüksək dozada narkotik qəbul ediblər.

Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Ev sahibi R. Ələkbərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yeniçağ.az

www.yenicag.az

82