”Yüksək ixtisaslı tibbi kadrlara ehtiyac var”

media-hightechnic-468x90

,l“Tibbi sığortanın tam işə düşməməsi, bölgələrdə yüksək ixtisaslı tibbi kadrların çatışmazlığı tibbi xidmətin keyfiyyətinə təsir göstərir”.

Bunu milli məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortaya keçilməsi və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə diqqət artırılmalıdır: “Eyni zamanda reproduktiv sağlamlığın qorunması istiqamətində də ciddi işlərin görülməsinə ehtiyac var. Çünki, insanın reproduktiv sağlamlığı onun yalnız fiziki sağlamlığının elementi deyil. Bu həm də mənəvi rahatlığın mühüm tərkib hissəsidir”.

Millət vəkili hesab edir ki, kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görülməli və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdirilməlidir(modern.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600