!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa ikincisi oldu

!Reklam – Yazi

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Yenicag.az-a bildirilib ki, qitə birinciliyində 6 medal qazanan millimiz 118 xal toplayaraq komanda hesabında 2-ci yeri tutub. Yığmamız yalnız Gürcüstandan (185) geri qalıb.

Qeyd edək ki, millimiz AÇ-də 1 qızıl və 5 bürünc medal əldə edib. Turan Daşdəmirov (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıb.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv